AZ

Dünya çempionatı: Azərbaycan cüdoçusu yarımfinalda!

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışa 1/16 finaldan başlayan Azərbaycan millisinin üzvü Elcan Hacıyev yarımfinala yüksəlib. 

90 kq-da yarışan və startda Nurbek Murtuzoyevi (Özbəkistan), ikinci görüşündə Penq-Yu Çeni (Çin Taypeyi) üstələyən idmançımız 1/4 finalda Adam Kopeskini (Çexiya) mübarizədən kənarlaşdırıb. 

Elcan yarımfinalda yaponiyalı Qoki Tayima ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, mundailda yığmamızın heyətində hələlik Zelim Tçkayev (81 kq) bürünc medal qazanıb.

Seçilən
6
fanat.az

1Mənbələr