AZ

İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır

ain.az, 525.az portalına istinadən məlumat verir.

İsrail hakimiyyəti hazırda İranla vəziyyətin sabitləşdirilməsi ilə bağlı danışıqlarda iştirak etmir.

525.az “Report” a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bildirib.

"Biz danışıqlar aparmırıq və İsrail vətəndaşlarına ziyan dəyməsinə imkan verməyəcəyik", - o qeyd edib.

ABŞ-nin İranla bağlı İsrailin hərbi kampaniyasına qoşulub-qoşulmayacağı sualına cavab olaraq Kats ABŞ-ni İsrailə İranın hücumlarından qorunmağa kömək edən "böyük dost" adlandırıb.

"ABŞ Prezidentinin qəbul etdiyi qərarlar yalnız bu ölkənin qərarlarıdır və biz onların hər birinə hörmət edəcək, istənilən yardıma görə minnətdar olacağıq", - nazir əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
3
525.az

4Mənbələr