AZ

İllik 5% faizlə sahibkarlara uzunmüddətli kredit təklifi

Kapital Bank Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən güzəştli Sif kreditini təqdim edir.

Finss.az xəbər verir ki, bu kreditlə biznesinizi 5 000 AZN-dən 10 000 000 AZN-dək məbləğdə inkişaf etdirə bilərsiniz. Kredit müddəti 5 ilə qədər, illik faiz dərəcəsi isə 5%-dir. Kredit müddətinin yarısınadək güzəşt müddəti mövcuddur.

Kredit üçün tələb olunan sənədlər arasında şəxsiyyət vəsiqəsi, VÖEN və layihənin həyata keçirildiyi yerə və ya əmlaka dair hüquqları təsdiq edən sənəd (çıxarış və ya icarə müqaviləsi və s.) var.

Kredit yaş həddi 20-dən 70 yaşa qədər olan şəxslər üçün nəzərdə tutulub.

Ətraflı məlumat üçün: //birbank.business/kreditler/sif-kreditleri/sif-kredit?id=3

Fuad Mədətov
Finss.az

Seçilən
4
fins.az

1Mənbələr