AZ

Türkiyəli iş adamının oğluna ərə gedən Məryəm Mehdiyeva kimdir? — FOTOLAR

Türkiyənin məşhur iş adamı Kemal Gülmanın oğlu Aslan Gülman əslən azərbaycanlı olan Məryəm Mehdiyeva ilə ailə qurub.

SAVASHMEDİA.az xəbər verir ki, “Esma Sultan” yalısında baş tutan toya biznes və siyasət dünyasının məşhur simaları qatılıblar. Məryəm Mehdiyeva toyda məşhur livanlı modelyer Zuhair Murad tərəfindən xüsusi hazırlanmış gəlinliyi, Aslan Gülman isə “Tom Ford”un kostyumunu geyinib.

Qeyd edək ki, Məryəm Mehdiyeva 1995-ci ildə Azərbaycanda anadan olub. İllərdir Rusiyada yaşayır. İş qadınıdır. İtaliya və Rusiya vətəndaşlığı da var. 

Məryəm Mehdiyeva İngiltərədə yerləşən “Thevanco Ltd” şirkətində menecerdir. Aslan Gülman və Məryəm Mehdiyeva 2022-ci ildə Fransanın məşhur istirahət məkanı olan St.Tropezdə tanış olub və münasibətə başlayıblar. Onlar ötən il Moskvada nişanlanıblar. Nişan mərasimi Məryəmin evində baş tutub.

Məlumata görə, cütlük toydan sonra Yaponiyaya istirahətə yollanıb.  Bal ayından sonra İstanbulda yaşayacaqlar.







Seçilən
5
1
demokrat.az

2Mənbələr