ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya təzyiq strategiyasının hazırlanmasını dayandırmaq qərarına gəlib.
Bu məlumatı Reuters agentliyi üç ABŞ rəsmisinə istinadən bildirir ki, onların sözlərinə görə, son həftələrdə ABŞ belə bir strategiyanın hazırlanmasına cavabdeh olan idarələrarası işçi qrupunun fəaliyyətini məhdudlaşdırıb.
Agentliyin həmsöhbətləri qeyd ediblər ki, sözügedən qrup sənədin hazırlanmasına yazda başlayıb, lakin mayda onların iş tempi səngiyib. Məqalədə qeyd edilir ki, bu, Trampın Rusiyaya qarşı daha sərt mövqe sərgiləməkdə maraqlı olmadığı aydınlaşdıqdan sonra baş verib.
Bundan əvvəl Amerika liderinin özü Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə gözlədiyini və Ukrayna ilə bağlı razılaşmaların əldə olunacağına ümid etdiyini bildirmişdi.