AZ

Kənd təsərrüfatı subyektlərinə 15 000 AZN-dək güzəştli kredit təklifi

Kapital Bank kənd təsərrüfatı ilə məşğul olan subyektlər üçün AKİA (Aqrar Kredit və İnkişaf Agentliyi) vəsaiti ilə maliyyələşən güzəştli Mikro Biznes Kredit məhsulunu təklif edir.

Finss.az xəbər verir ki, kredit məbləği 15 000 AZN-dək, illik faiz dərəcəsi 12%, kredit müddəti isə 36 aya qədərdir. Ödəniş növü annuitet, güzəşt müddəti isə 12 ayadək müəyyən olunub.

Müştərilər yaşayış yerinə vizit olmadan, geniş filial şəbəkəsi vasitəsilə ən yaxın filialda kredit əldə edə bilərlər. Müsbət kredit tarixçəsinə malik olanlar girovsuz olaraq AKİA vəsaiti ilə maliyyələşən güzəştli mikrokreditdən istifadə edə bilərlər. Kreditin sürətli rəsmiləşdirilməsi təmin olunur.

Kredit üçün yaş həddi 20-dən yuxarı, VÖEN sahibi olmalı və kənd təsərrüfatı üzrə ən azı 12 aylıq fəaliyyət olmalıdır.

Ətraflı məlumat üçün: //www.kapitalbank.az/loans/mikro-biznes-kreditleri/akia-loans

Fuad Mədətov
Finss.az

Seçilən
5
fins.az

1Mənbələr