AZ

“Sabah” Avroliqada Sloveniya klubuna rəqib oldu

Futbol üzrə Azərbaycan Kubokunun sonuncu qalibi “Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Arena.az xəbər verir ki, bu gün Avropa Liqasında 2025/2026-cı illər mövsümünün 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub. Azərbaycanın bu turnirdəki təmsilçisi “Sabah”ın da rəqibi müəyyənləşib. Ölkə kubokunun qalibi ilk raundda Sloveniyanın “Çelye” klubu ilə qarşılaşacaq.

“Sabah” ilk oyununu iyulun 10-də evdə, cavab qarşılaşmasını isə həmin ayın 17-də səfərdə keçirəcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsi

“Şaxtyor” (Donetsk, Ukrayna) – “İlves” (Finlandiya)
“Şerif” (Moldova) – “Priştina” (Kosovo)
“Spartak” (Trnava, Slovakiya) – “Hakken” (İsveç)
“Sabah” (Azərbaycan) – “Çelye” (Sloveniya)
“Legiya” (Varşava, Polşa) – “Aktobe” (Qazaxıstan)
“Levski” (Sofiya, Bolqarıstan) – “Hapoel” (Beer-Şeva, İsrail)
AEK (Larnaka, Kipr) – “Partizan” (Serbiya)
“Pakşi” (Macarıstan) – ÇFR (Kluj, Rumıniya)

Seçilən
9
arena.az

1Mənbələr