AZ

“İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” - Video

“İsrail və İran arasında hazırda yaşanan gərginlik bəhanə edilərək, Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığı hədəf alınıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Haber Global” televiziyasında yayımlanan süjetdə qeyd olunub.

Bildirilib ki, sözügedən xəbərlər Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin görüşündən əvvəl yayılır.

Həmçinin vurğulanıb ki, iki ölkə lideri nə zaman görüş keçirəsi olsa, eyni dairələr səfərbər olaraq hərəkətə keçirlər: “Təxribatçılar həqiqətləri və Azərbaycanın rəsmi açıqlamalarını görməzdən gəlirlər. Oxşar bir ssenari qısa müddət əvvəl də həyata keçirildi. İşğaldan azad edilən Laçında inşa olunan Laçın Beynəlxalq Hava Limanı mayın 28-də iki ölkə liderinin iştirakı ilə açıldı. Həmin vaxt da Azərbaycan Prezidenti İlham Əliyevə qarşı dezinformasiyalar dərc edildi, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüldü. İndi isə üfüqdə digər bir vacib görüş var. Belə ki, 6 fevral zəlzələlərindən sonra Azərbaycanın dəstəyi ilə inşası tamamlanan “Azərbaycan Məhəlləsi”nin təhvil verilməsi mərasimi keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev bu mərasimdə birlikdə iştirak edəcəklər. Bu görüş öncəsi qardaşlıq əlaqələri bir daha hədəf alınır”.

O da qeyd olunub ki, Türkiyə və Azərbaycan arasındakı qardaşlıq bağı keçmişdə olduğu kimi, bu gün də sarsılmaz şəkildə davam edir: “Media üzərindən həyata keçirilən qarayaxma kampaniyalarına baxmayaraq, bu dostluq hər ötən gün daha da güclənir. İftiralar bu qardaşlığı poza bilməyəcək”.

Ətraflı videomaterialda:

Seçilən
8
1
qafqazinfo.az

2Mənbələr