AZ

Ağdamda Tibb işçilərinin peşə bayramı qeyd olunub - FOTOLAR

17 iyun 2025-ci il tarixdə Ağdam Muğam Mərkəzində 17 iyun - Tibb işçilərinin peşə bayramı gününə həsr edilmiş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Kamil Həsənov, səhiyyə işçiləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin, oftalmoloq-alim Zərifə Əliyevanın, dünyasını dəyişmiş tibb işçilərinin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tibb işçilərini təbrik edərək Azərbaycan səhiyyəsinin keçdiyi inkişaf yolundan, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar nəticəsində milli səhiyyə sistemimizin sürətlə müasirləşməsindən bəhs ediblər. 

Tədbirdə rayon əhalisinə göstərdikləri nümunəvi tibbi xidmətlərə görə bir qrup səhiyyə işçisi Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən təltif edilib. 

Tədbirin sonunda Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin və Ağdam Musiqi Kollecinin müəllimlərinin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilib. 

Seçilən
6
unikal.az

1Mənbələr