Bu sözləri İordaniya Kralı II Abdullah Fransanın Strasburq şəhərində Avropa İttifaqının parlamentariləri qarşısında çıxışı zamanı dilə gətirib. O, İsrailin İrana qarşı hücumlarını pisləyib.
"Bu hər yerdə hamı üçün təhlükə deməkdir. Münaqişənin nəticələri sərhədləri aşır. Hazırda tarixin daha bir yol ayrıcına çatmışıq. İstənilən situasiya qaçılmazdır",- kral vurğulayıb.
Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta