“Sabah”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi məlum olub.
Futbolpress.az xəbər verir ki, “bayquşlar” bu turda Sloveniyanın “Çelye” komandası ilə qarşılaşacaq.
Komandalar arasındakı ilk oyun iyulun 10-da Azərbaycanda olacaq. Cavab görüşü isə bir həftə sonra Sloveniyada keçiriləcək.