AZ

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşçüləri Dağüstü Parkda üz-üzə gəldilər

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşçüləri Camaal Hill və Xalil Ruantri arasında üz-üzə mərasimi Dağüstü Parkda təşkil olunub.

Bakı Şəhər Halqasından "Unikal"a bildirilib ki, tədbirdə azərbaycanlı UFC döyüşçüləri Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev də iştirak ediblər.

Turnir iyunun 21-də Kristal Zalda gerçəkləşəcək. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə baş tutacaq.

Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.

Seçilən
14
unikal.az

1Mənbələr