AZ

Sektorda özünə iş tapa bilməyən aktyor: "Borclarımı ödəyə bilmirəm"

Sektorda özünə iş tapa bilməyən aktyor: "Borclarımı ödəyə bilmirəm"Türkiyəli aktyor Metin Keçeci heç bir layihədə iş tapa bilmədiyini və borclarını ödəyə bilmədiyini açıqlayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aktyor açıqlamasında evindəki əşyaların belə müsadirə edildiyini bildirib.

Aktyorun açıqlaması qısa zamanda sosial medianın trend mövzusuna çevrilib.

Nəhayət aktyor Metin Keçeci çətin günlərdən sonra sevindirici bir inkişafla yenidən tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. Belə ki, TRT 1-də yayımlanan "Vefa Sultan" serialının ikinci sezon heyətində yer alan Keçeci "Dərzi İdris" obrazı ilə ekranlara qayıdacaq.

Onun iş tapması sosial media istifadəçilərini sevindirib.

Seçilən
4
sonxeber.az

1Mənbələr