AZ

Depozitə qoyulan vəsaitin 90%-i həcmində kredit almaq üçün şərait yaradılır

“Kapital depoziti” üzrə depozit yerləşdirmiş müştərilər əmanətlərinin maksimum 90%-i həcmində, ən azı 500 AZN və ya ABŞ dolları məbləğində nağd kredit və ya kartla kredit xətti əldə edə bilərlər.

Finss.az xəbər verir ki, kreditin müddəti əmanətin bitmə tarixindən əvvəlki iş gününə qədərdir.

AZN əmanətlər üzrə illik faiz dərəcəsi +5%, ABŞ dolları əmanətlər üzrə isə +4% təşkil edir. Kredit xəttinin müddəti isə əmanətin bitmə tarixindən 1 ay əvvələ qədərdir.

Kredit üçün şəxsiyyət vəsiqəsi tələb olunur, hərbçilər üçün əlavə olaraq hərbi vəsiqə tələb edilir. Xarici vətəndaşlar isə şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir. Yaş həddi minimum 18 yaşdır, qeydiyyat və iş yeri barədə tələb yoxdur. Müştərinin Kapital Bankda əmanəti olmalıdır.

Ətraflı məlumat üçün: //www.kapitalbank.az/loans/etk

Fuad Mədətov
Finss.az

Seçilən
6
fins.az

1Mənbələr