AZ

Klublararası dünya çempionatı: “Benfika” heç-heçə etdi, “Flamenqo” qalib gəldi

ABŞ-də keçirilən 2025-ci il FIFA klubların dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, ilkin mərhələdə mübarizə hərəsində dörd iştirakçı olmaqla 8 qrupda gedir.

Bu gün Bakı vaxtilə səhər keçirilən oyunlardan C qrupunda "Boka Xuniors" və "Benfika"nın qarşılaşması məhsuldar heç-heçə başa çatıb (2:2), D qrupunda "Flamenqo" isə "Esperans"a çətinlik çəkmədən qalib gəlib (2:0). Braziliya klubunun bizə yaxşı tanış olan hücumçusu Juninyo ehtiyatda qalıb.

Bu gün həmçinin “Fluminense” (Braziliya) – “Borussiya Dortmund” matçı (Bakı vaxtilə 20:00) ilə F qrupunda və “River Pleyt” – “Urava Reds” qarşılaşması (23:00) ilə E qrupunda mübarizə başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr