AZ

Peskov: G7 formatı G20 fonunda yararsız görünür

"G8 formatı Rusiya üçün praktik əhəmiyyətini itirib və Yeddilik Qrupu (G7) G20 fonunda indi solğun görünür".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya üçün G8 praktiki əhəmiyyətini itirib:

"G7 ölkələrinin qlobal iqtisadiyyatda payının azalmasını və müşahidə olunan tendensiyaları nəzərə alsaq, G20 kimi formatlar fonunda G7 tamamilə yararsız görünür".

Qeyd edək ki, İyirmilik qrupuna Rusiya, Avstraliya, Argentina, Afrika İttifaqı, Braziliya, Böyük Britaniya, Almaniya, Avropa İttifaqı, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Yaponiya kimi ölkələr və birliklər daxildir. 

Gülşən Şərif

Seçilən
4
1
bakivaxti.az

2Mənbələr