AZ

Bu rayonlarda qanunsuz yolla ağac kömürü istehsal edən soba və kömür quyuları aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl və Qəbələ rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən soba və kömür quyuları aşkar olunub.


Ekologiya.az bildirirki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Göygöl rayonu Tülallar kənd sakinləri Rasim Abdullayev, Şükür Məmmədov və Zurnabad kənd sakini Elnur Verdiyev, Qəbələ rayonu Nic qəsəbə sakinləri Roman Falçaari, Habil Əzizov və Mamaylı kənd sakini Gündüz Hüseynov olduğu müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür hazırlanma yerləri isə ləğv edilib.
Seçilən
29
ekologiya.az

1Mənbələr