AZ

Tokayev Çin barədə: Əsl dostumuzu tapdıq, tərəfdaşlığımız əbədidir

BAKI, 17 iyun. TELEQRAF

“Mərkəzi Asiya dövlətləri ilə Çin arasında münasibətlər əbədi strateji tərəfdaşlıq səviyyəsinə çatıb”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Mərkəzi Asiya ölkələri - Çin sammitində deyib.

“Qonşu Çində Qazaxıstan özünə əbədi və etibarlı strateji tərəfdaş, əsl dost tapıb. 80 milyonluq böyük bazara və zəngin təbii sərvətlərə malik regionumuz beynəlxalq münasibətlərin, ticari-iqtisadi, investisiya və humanitar əməkdaşlığın mühüm subyekti kimi öz mövqeyini ardıcıl olaraq möhkəmləndirir. Çin Xalq Respublikası ilə hərtərəfli əməkdaşlıq bu müsbət prosesdə əsas rol oynayır. Çin və Mərkəzi Asiya arasında münasibətlərin ən yüksək səviyyəyə - hər cür şəraitdə hərtərəfli və əbədi strateji tərəfdaşlığa çatmasını istərdim”, - Tokayev bildirib.

Seçilən
8
teleqraf.com

1Mənbələr