Kapital Bank avtomobil krediti təklifini təqdim edib.
Finss.az xəbər verir ki, avtomobil krediti ilə arzuladığınız avtomobili rahatlıqla əldə etmək mümkündür. Kreditin məbləği 5 000 manatdan başlayaraq 200 000 manata qədər ola bilər. Kredit müddəti minimum 12 ay, maksimum isə 59 ay təşkil edir. İlkin ödəniş 10%-dən başlayır.
Ödəniş növü olaraq annuitet – yəni aylıq bərabər ödənişlər tətbiq olunur. İllik faiz dərəcəsi 12%-dən başlayır, lakin ümumi kredit öhdəliklərinə görə dəyişə bilər. Kreditə 0,5% komissiya tətbiq edilir.
Bank həmçinin minimal ilkin ödəniş və aylıq kredit ödənişi 0 manat olan kampaniya şərtlərini də təqdim edir.
Ətraflı məlumat üçün: //www.kapitalbank.az/loans/avtomobil-krediti
Fuad Mədətov
Finss.az