AZ

Azərbaycanda reanimasiyaların sayı artırıldı

BAKI, 17 iyun. TELEQRAF

İki aya yaxındır ki, Bakı və Sumqayıtda bəzi xəstəxanalarda reanimasiya yerlərinin sayı artırılıb.

Bunu Yeni Klinikanın Reanimasiya və anesteziologiya şöbəsinin müdiri, həkim Emil Qasımov Teleqraf-a müsahibəsində deyib.

Onun sözlərinə görə, reanimasiya yerlərinin artırılması istiqamətində işlər gedir.

“Bu yöndə işlər gedir. Hazırda TƏBİB və bizim icraçı direktorumuz tərəfindən bununla bağlı müvafiq tapşırıqlar verilib".

Həkim bildirib ki, reanimasiya şöbəsinin qurulması elə də asan məsələ deyil.

“Hər palatanı, hər yeri reanimasiyaya çevirmək mümkün deyil. Çünki oksigen mərkəzi sistemi çəkilməlidir, havalanma qurulmalıdır. Yəni, reanimasiya yerləri əvvəldən – xəstəxana tikiləndə qurulmalıdır. Sonradan quraşdırmaq, yaratmaq çox çətin məsələdir. Əlbəttə ki, söhbət əsl, qaydalara uyğun reanimasiya şöbələrindən gedir”,- şöbə müdiri qeyd edib.

Seçilən
5
teleqraf.com

1Mənbələr