AZ

İsrail İrana zərbələrin nüvə təhlükəsi aradan qaldırılana qədər davam edəcəyini bildirib

Tehranın nüvə proqramı və raket hücumları ilə bağlı təhdidlər aradan qaldırılmayana qədər İsrail ordusunun əməliyyatı və İran ərazisinə zərbələri bitməyəcək.

“The Times of Israel” İsrail ordusunun bəyanatlarına istinadən yazıb.

"Əməliyyat tam sürətlə davam edir və məqsədi İranın nüvə proqramı və onun raket sistemi ilə bağlı "ekzistensial təhlükəni" aradan qaldırmaqdır",- IDF bildirib.

İsrail ordusunun əməliyyatlar rəisi, general-mayor Oded Basiuk, "Biz plana uyğun olaraq və bizim üçün əlverişli vaxtda nailiyyəti dərinləşdirmək üçün nüvə hədəflərinə zərbələr endirməyə davam edirik",- deyə vurğulayıb.

Seçilən
3
aznews.az

1Mənbələr