GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Hər yerdə işıq sönsə də, onun evində yanmalı idi ki, televizorda xəbərləri dinləsin”.
Globalinfo.az xəbər verir ki, bunu “Teleqraf”a müsahibəsində Ulu Öndər Heydər Əliyevin mühafizəçisi Əmir Hüseynov deyib.
O, Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb:
“Yemək yeyəndə çox təmkinli idi. Səbirlə, səliqə ilə yeyirdi. Biz beş dəqiqəyə əlimizə keçəni yeyib dururduq. Amma o asta-asta, səbirlə yeyirdi. Səhər yeməyini yarım saata bitirirdi. Günorta yemək yemirdi. Bir də axşam… Axşam yeməyini 8-in yarısı, “Günün ekranı”na baxa-baxa yeyirdi. Yeməkdən sonra da bir turşməzə almanı soyub yeyirdi.
Ət yeməklərini heç sevməzdi. Bilirsiniz, şəkəri vardı. Daim çay, su istəyirdi ürəyi. Stəkanı qaldırıb dodaqlarına yaxınlaşdırırdı. Susuzluğunu bu cür öldürürdü. Düşünə bilirsiniz? Adam özü-özünü müalicə edirdi. Bu, nə boyda güc, iradə tələb edir. O adamın xarakteri, duruşu, baxışı – hər şeyi təkrarsız idi. Bu yaşıma qədər ikinci elə bir şəxsiyyət görməmişəm”.
@teleqraftv ‼️Hər yerdə işıq sönsə də, onun evində işıq olmalı idi, bu proqrama baxırdı – Heydər Əliyevin mühafizəçisi #heydereliyev #heydərəliyev #ümumillilider?? #azərbaycan #naxçıvan #mühafizə #siyaset #prezident #kesfetteyiz #fy #fypage #azerbaycan ♬ News, news, seriousness, tension(1077866) – Lyrebirds music
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.