AZ

"Qarabağ"ın sabiq futbolçusu bu klubun baş məşqçisi oldu

style='margin-bottom:10px;'>

“Qarabağ”ın sabiq futbolçusu Muarem Muaremin yeni iş yeri bəlli olub.

QOL.az xəbər verir ki, o, ölkəsi Şimali Makedoniyada çalışacaq.

36 yaşlı məşqçi yüksək liqaya vəsiqə qazanan “Başkimi”ni çalışdıracaq. Bu barədə klubun saytı məlumat yayıb.

M.Muaremlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki,  M.Muarem 2012-2015 və 2016-2017-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, son olaraq "Şkupi"də köməkçi məşqçi kimi çalışıb.

Seçilən
3
2
teleqraf.com

3Mənbələr