AZ

NI: ABŞ-ın nüvə mini sualtı qayığı onilliklər ərzində Rusiyanı izləyib

Amerikanın NR-1 Nerwin nüvə mini sualtı gəmisi onilliklər ərzində Sovet və Rusiya sərhədləri yaxınlığında casusluq edib.

Herbiand.az xəbər verir ki, bu barədə Amerikanın “The National Interest” jurnalının müşahidəçiləri bildirirlər.

Nəşrin analitiki Brendon Vayhertin sözlərinə görə, bu sualtı qayıq 1969-2008-ci illərdə ABŞ Hərbi Dəniz Qüvvələrində xidmətdə dayanıb: “Bu, Amerika donanması tarixində ən kiçik nüvə sualtı qayığı olub. Onun yerdəyişməsi cəmi 400 ton, suya enmə dərinliyi 1000 metrə qədər, ekipaj sayı isə 10-13 nəfər olub. Mini-sualtı qayıq döyüş üçün deyil, gizli dərin dəniz tədqiqatları, dənizin dibindən yüklərin qaldırılması və casus missiyaları üçün nəzərdə tutulub”.

Vayhert qeyd edib ki, onun bir çox missiyaları bu günə qədər məxfi olaraq qalır. Məşhur əməliyyatlara sovet sualtı rabitə kabellərinin dinlənilməsi və dəniz dibindən hərbi texnikaların qalıqlarının yığılması daxildir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
3
herbiand.az

1Mənbələr