AZ

Zafər Partiyasının lideri sərbəst buraxılıb

BAKI, TurkicWorld

Zafər Partiyasının sədri Ümit Özdağ haqqında “xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etmək” ittihamı ilə 148 gün əvvəl başlanan həbsi başa çatıb.

TurkicWorld xəbər verir ki, İstanbul 18-ci Asliye Cinayət Məhkəməsi tərəfindən onun sərbəst buraxılmasına qərar verilib.

Özdağ bu gün “zəncirvari şəkildə kütləvi informasiya vasitələri ilə xalqı düşmənçiliyə təhrik etmə” ittihamı ilə ikinci dəfə hakim qarşısına çıxarılıb. Onun 7 il 10 ayadək azadlıqdan məhrum edilməsi istənilirdi.

Məhkəmə prosesi, Çağlayan Ədliyyəsindəki zalın tutumu yetərsiz olduğu üçün Silivri Həbsxanası 2 nömrəli məhkəmə zalında keçirilib.

Məhkəmənin çıxardığı qərara əsasən, Ümit Özdağ heç bir məhdudlaşdırıcı tədbiq edilmədən azadlığa buraxılıb.

Seçilən
5
turkic.world

1Mənbələr