AZ

Tramp gözlənilmədən Kanadada keçirilən G7 sammitini tərk edib

ABŞ prezidenti Donald Trampın Kanadada keçirilən G7 sammitini tərk etməsi gözlənilməz olub.

Qaziler.az xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” (FAZ) nəşri xəbər verib.

"Sammitin gedişi gözlənilməz dönüş alıb. Tramp şam yeməyindən sonra Yaxın Şərqdəki həssas vəziyyəti əsas gətirərək Vaşinqtona yola düşüb", - nəşr yazır.

Məqalə müəllifləri vurğulayırlar ki, Tramp tez-tez anti-Rusiya sanksiyaları və İran-İsrail münaqişəsi ilə bağlı mövqeyini dəyişir. Bu səbəbdən G7 ölkələrinin nə ilə razılaşdığını anlamaq çətindir.

QAZİLER.AZ

Seçilən
8
qaziler.az

1Mənbələr