Bu ilin yanvar-may aylarında Azərbaycanda 1297,8 kq qızıl, 1 686,9 kq gümüş istehsal edilib.
İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qızıl istehsalı 2024-cü ilin 5 ayı ilə müqayisədə 63,9 %, gümüş istehsalı isə 23,8 % artıb.
Ötən 5 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 917,3 ton olub ki, bu da bir il öncəki göstəricidən 10,3 dəfə çoxdur.
Bu ilin iyunun 1-nə olan məlumata görə, ölkədə 119,4 kq qızıl, 583,6 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 80,5 ton təşkil edib.