AZ

“Marxal” yolunda ayılar GÖRÜNDÜ - FOTO/VİDEO

Şəkidə gecə saatlarında ayılar görünüb.

Ötən gün axşam saatlarında Şəki şəhərindən Kiş kəndinə və “Marxal” istirahət kompleksinə gedən yolda ayılar müşahidə edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, axşam saat 23 radələrində Şəkidə "Marxal" yolu adlanan ərazidə biri bala olmaqla iki ayı görülüb. Ayılar üzü Kiş kəndi və Marxal istiqamətində hərəkət ediblər.

 Daha sonra nəqliyyat vasitələrinin onların arxasınca gəldiyini görən kimi qaçmağa başlayıblar. Əvvəlcə bala ayı yoldan çıxaraq Kiş çayına enib, bir qədər sonra isə ana ayı da həmin istiqamətə yönəlib.

Sakinlərin sözlərinə görə ayılar elə çayın axarı boyunca dağlara istiqamətlənib və bir daha onları görən olmayıb.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
4
1
bizim.media

2Mənbələr