Bakı. Trend:
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, KamalƏhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, 2011-ci ildə müsabiqə yolu ilə prokurorluqorqanlarında qulluğa qəbul olunan Kamal Əhmədov əvvəllər Kürdəmirrayon prokurorluğunda müstəntiq və böyük müstəntiq, eləcə də Başprokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininİstintaq idarəsində mühüm işlər üzrə müstəntiq və böyük müstəntiqvəzifələrində işləyib.
Həmçinin Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlaridarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinətəyin edilib.
Vurğulanıb ki,2007-ci ildə müsabiqə yolu ilə prokurorluqorqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi,Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və böyükmüstəntiq, habelə Baş Prokurorluğun müxtəlif idarələrində idarə vəşöbə prokuroru vəzifələrində işləyib.