AZ

NATO-nun kəşfiyyat tipli pilotsuz təyyarəsi Finlandiyaya çatıb

NATO-nun RQ-4D “Phoenix” kəşfiyyat xarakterli pilotsuz təyyarəsi ilk dəfə olaraq Finlandiyadakı aviabazaya gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

“NATO-nun RQ-4D “Phoenix” kəşfiyyat tipli pilotsuz təyyarəsi ilk dəfə olaraq Pirkkala Hərbi Hava Bazasına eniş edib”, - deyə məlumatda bildirilir.

Mətbuat xidməti pilotsuz təyyarənin Finlandiya aviabazasına ilk dəfə gəldiyini qeyd edib.

QAZİLER.AZ

Seçilən
10
qaziler.az

1Mənbələr