AZ

Qazaxıstan taekvondoçuları Bakıdakı hazırlıqdan razıdır - VİDEO

BAKI. 17 iyun. TELEQRAF

Qazaxıstan taekvondoçuları böyüklər və gənclərdən ibarət Azərbaycan milli komandası ilə birlikdə təlim-məşqlərdə iştirak edirlər.

Teleqraf xəbər verir ki, iyulun 26-dək davam edəcək hazırlıq prosesi müddətində komandalar arasında qarşılıqlı təcrübə mübadiləsi aparılır.

Qazaxıstan komandasının məşqçisi Mura Nazarov idmançıların Bakıda keçirdiyi hazırlıqdan məmnun qaldığını bildirib və birgə məşqlərin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.

Seçilən
8
teleqraf.com

1Mənbələr