
ABŞ Prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitində iştirakını yarımçıq dayandıraraq Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi səbəbindən təcili Vaşinqtona qayıdır. Bu barədə Ağ Evin mətbuat katibi məlumat yayıb.Tramp təcili bəyanatında bildirib:"İran mənim təklif etdiyim ‘razılaşmanı’ imzalamalı idi. Bu – utancverici və insan həyatının boşa itkisidir. İranın nüvə silahına sahib olmasına yol verilə bilməz. Hər kəs dərhal Tehrandan təxliyə olunmalıdır."Fox News-un verdiyi xəbərə görə, Tramp komandası ilə birlikdə iranlılarla danışıqlar təşkil etməyi tapşırıb və Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.Tehranda panika yaşanır: Minlərlə insan paytaxtı tərk etməyə çalışır, yollarda kilometrlərlə tıxaclar yaranıb.Bu arada, Çin səfirliyi İsraildəki vətəndaşlarına təcili İordaniyaya doğru hərəkət etmələri üçün çağırış edib.Ulusum.az
Diqqət Çəkənlər
Minlərlə qadın qumarın girdabında: “Hər şeyimi itirdim…” - VİDEO
Şəkərin kölgəsində gizlənən xərçəng riski
“Aclıq silaha çevrilir, Yaxın Şərq yanır” – Sandersdən həyəcan təbili