AZ

Qravina: “Qattuzo italyan futbolunun rəmzidir”

İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina, Cennaro Qattuzonun İtaliya yığmasına təyinatını şərh edib.

Arena.az İtaliya Futbol Federasiyasının rəsmi sayıtna istinadən, 47 yaşlı italyan mütəxəssisin “skuadra adzurra”nın baş məşqçisi vəzifəsinə təyinatı ilə bağlı, Qravinanın müvafiq açıqlamasını təqdim edir:

“Qattuzo – bizim futbolumuzun rəmzidir. Mavi rəng onun üçün sanki ikinci dəridir. Onun şövqü, peşəkarlıq keyfiyyətləri və təcrübəsi, öz işini ən yaxşı surətdə icra etməsi üçün bir əsas olacaq.

Məqsədin vacibliyini nəzərə alaraq, ona, mavi futbol köynəyinin çox vacib yer aldığı, italyan futbolunun ümumi inkişafı üzrə layihəni bölüşərək, bu işin qulpundan yapışdığı hazırlığı və tam fədakarlığı müqabilində təşəkkürümü bildirirəm”, deyə Qravina vurğulayıb.

Xatırladaq ki, daha əvvəl İtaliya Futbol Federasiyası Cennaro Qattuzonun İtaliya yığmasının baş məşqçisi vəzifəsinə təyin edildiyini açıqlayıb. İtalyan mütəxəssislə, “skuadra adzurra”nın sükanı arxasında uğurlu olacağı halda, müddəti daha bir il uzadılmasını ehtiva edən bir illik müqavilə imzalanıb. Qattuzonun təqdimatı iyunun 19-na təyin edilib.

Xatırladaq ki, Qattuzo İtaliya yığmasının baş məşqçisi vəzifəsində, qeyri-qənaətbəxş nəticələri səbəbilə daha əvvəl istefaya göndərilmiş 66 yaşlı italyan mütəxəssis Luçano Spallettini əvəzləyib.

Seçilən
4
arena.az

1Mənbələr