AZ

Dəhşətli qəzadan sonra meydana qayıtdı: Həkimləri yanıltdı

"Vest Hem"in hücumçusu Maykl Antonio altı aylıq fasilədən sonra ilk dəfə meydana çıxıb.

Publika.az xəbər verir ki, o, dəhşətli avtomobil qəzasından sonra sağalaraq futbola qayıdıb.

35 yaşlı futbolçu KONKAKAF Qızıl Kuboku çərçivəsində keçirilən Yamayka – Qvatemala matçının (0:1) 85-ci dəqiqəsində Cənatan Rassellin əvəzinə oyuna daxil olub. Görüşdə keçirdiyi qısa müddət ərzində Antonio heç nə ilə yadda qalmayıb və komandası məğlubiyyətdən qurtula bilməyib.

Xatırladaq ki, ötən il dekabrın 7-də "çəkicdöyənlər"in futbolçusu ağır yol-nəqliyyat hadisəsinə düşmüşdü. Hadisədən sonra Antonio ayağındakı sınıq səbəbindən əməliyyat olunmuşdu. Həkimlər onun bir il ərzində yaşıl meydanlardan uzaq qalacağını proqnozlaşdırırdılar.

Seçilən
7
publika.az

1Mənbələr