Yaxın Şərqdə vəziyyətin gərginləşməsi danışıqlar masası arxasında həll edilməlidir.
NOCOMMENT.az xəbər verir ki, bunu İndoneziyanın xarici işlər naziri Suqiono Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqların yekununda deyib.
“Cənab Lavrov Yaxın Şərqdə vəziyyətin inkişafını da xatırladıb. Biz də bu məsələyə cavab verməliyik. Biz yekdil fikirdəyik ki, istənilən eskalasiya dayandırılmalı, bütün ziddiyyətlər danışıqlar masası arxasında həll edilməlidir”.
İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramını hədəf alan “Aslan yüksələn” əməliyyatına başlayıb. Aradan 24 saat keçməmiş İslam Respublikası cavab hücumuna keçib. İsrail və İran növbəti günlərdə yenidən zərbələr endirib. Hər iki tərəf hücumlar zamanı itki və itkilər barədə məlumat verib, öz ərazilərində hədəfləri vurduğunu etiraf edib, lakin zərərin məhdud olduğunu bildirib.