BAKI, 17 iyun. TELEQRAF
Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ azadlığa buraxılıb.
Teleqraf xəbər verir ki, bu barədəNTV məlumat yayıb.
Nəhkəmə heç bir əlavə məhdudiyyət və ya məhkəmə nəzarəti tədbiri tətbiq etmədən onun azadlığa buraxılmasına qərar verib.
Qeyd edək ki, Ümit Özdağ yanvarın 21-dən həbsdə saxlanılırdı. O, “ictimaiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” maddəsi üzrə mühakimə olunurdu.