AZ

İsrail İranın endirdiyi raket zərbələri nəticəsində 640-dan çox yaralı olduğunu bildirib

İranın iyunun 13-də başlayan raket hücumları nəticəsində 640-dan çox insan xəsarət alıb.

"Report" İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman tərəfindən dərc edilən hesabatda qeyd olunub.

"Mülki itkilər: 24 nəfər həlak olub, 647 nəfərdən çox yaralı var", - sənəddə bildirilib.

Qeyd edək ki, daha əvvəl o, 24 ölü, 592 yaralı olduğunu bildirmişdi.

Seçilən
2
2
report.az

3Mənbələr