ain.az, Azertag portalına istinadən məlumat verir.
Bonn, 17 iyun, AZƏRTAC
Ümid edirik ki, Bonn İyun İqlim Görüşləri çərçivəsində tərəflərin Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələrini (NDC) təqdim etmələri üçün lazımi təzyiq göstəriləcək və bu da COP30 zamanı iqlim danışıqlarında uğur qazanmaq üçün əhatəli siyasət planının hazırlanmasına şərait yaradacaq.
Bu barədə AZƏRTAC-a müsahibəsində Danimarkanın BMT-də İqlim və ətraf mühit üzrə gənclərin nümayəndə heyətinin rəhbəri Sigurd Krabbe deyib.
“Ümid edirəm ki, həqiqətən də nəticəyönümlü iqlim planlarımız olacaq”, - deyən Sigurd Krabbe qeyd edib ki, hələ də çox sayda ölkə Paris Sazişinin müddəalarına ciddi yanaşmadan neft və qaz hasilatını davam etdirir: “Yəqin, tərəflər bu münasibətlərini dəyişdirəcək və anlayacaqlar ki, biz övladlarımız üçün yaşıl gələcək istəyiriksə, indi hərəkətə keçməliyik”.
Gənclərin bu prosesdəki roluna da toxunan Sigur Krabbe deyib ki, onların əsas vəzifəsi təzyiqi daha da artırmaqdır: “Həm iqlim maliyyələşməsi, həm də emissiyaların azaldılması sahəsində çalışan ölkələrin bir araya gələrək hər iki istiqamətdə uğur qazanmağa töhfə verəcəyinə inanıram”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.