AZ

Azərbaycanda yük və sərnişin daşımaları artıb

Bakı. Trend:

Bu ilin yanvar-may ayları ərzində yük və sərnişin daşımalarıəvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3 faiz və 5,9faiz artıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərəntəsərrüfat subyektləri tərəfindən 96,8 milyon ton yükdaşınıb.Yüklərin 3,9 faizi dəniz, 7,3 faizi dəmir yolu, 0,2 faizihava, 59,9 faizi avtomobil nəqliyyatı, 28,7 faizi isə boru kəməriilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmışyüklərin həcmi 4,4 faiz artıb, daşınmış yüklərin ümumi həcmində busektorun xüsusi çəkisi 78,9 faiz təşkil edib.

2025-ci ilin yanvar-may aylarında nəqliyyatçılar 849,8 milyonsərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,3 faizi avtomobilnəqliyyatı, 11,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyatnövləri ilə daşınıb.

Seçilən
4
az.trend.az

1Mənbələr