AZ

Spiker: Gürcüstan, Türkiyə və Azərbaycan üçtərəfli formatı yeniləməyə hazırdır

TBİLİSİ, 17 iyun. TELEQRAF

“Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri səviyyəsində üçtərəfli əməkdaşlıq formatının yenilənməsinə və bu formatda görüşün keçirilməsi təşəbbüsünə görə Türkiyə Böyük Millət Məclisinin sədrinə təşəkkür edirəm”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla keçirdiyi birgə brifinqdə deyib.

O, hər üç ölkənin parlamentinin buna hazır olduğunu bildirib.

“Parlament sədrlərinin 2023-cü ilə planlaşdırılan görüşü Türkiyədə baş vermiş güclü zəlzələ səbəbindən təxirə salındı. Hər üç ölkənin parlamenti bu formatı yeniləməyə və parlament sədrləri səviyyəsində ilk toplantının Türkiyədə keçirilməsinə hazırdır”, - Ş.Papuaşvili söyləyib.

Seçilən
3
teleqraf.com

1Mənbələr