AZ

Qlobal neft tələbatı artım tempi aşağı düşür – IEA-dan yeni proqnoz

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün gündəlik qlobal neft tələbatının artım tempinə dair proqnozunu aşağı salıb.

Finss.az xəbər verir ki, bu barədə Agentliyin aylıq hesabatında qeyd olunub.

Yeni proqnoza əsasən, 2025-ci ildə gündəlik neft tələbatı əvvəlki proqnozla müqayisədə 140 min barel az artacaq və 103,76 milyon barelə çatacaq. Qeyd edək ki, əvvəlki rəqəm 103,9 milyon barel idi.

Hesabatda həmçinin bildirilir ki, 2026-cı ildə bu artım tempinin 0,74 milyon barel/gün səviyyəsində olacağı gözlənilir.

Bu azalma qlobal iqtisadi aktivliyin yumşalması, enerji səmərəliliyinin artması və alternativ enerji mənbələrinə keçidin sürətlənməsi ilə əlaqələndirilir.

Fuad Mədətov
Finss.az

Seçilən
5
fins.az

1Mənbələr