AZ

Azərbaycanda dəniz ilə daşınan yüklərin 47% i neftin payına düşüb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-may aylarında daşınmış yüklərin həcmi 3 745,6 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,2 faiz artıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə daşınana yüklərin 47%-ni neft yükləri təşkil edib.

“Dəniz limanları tərəfindən 5 704,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4 663,5 min tonunu və ya 81,8%-ni tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunur.

Bildirilir ki, 2025-ci il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 220,1 min ton olub.

“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 4,6% azalaraq 10,4 min nəfər olub”, - məlumatda vurğulanır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
3
apa.az

4Mənbələr