“Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə mümkün səfəri ilə bağlı heç nə deyə bilmərəm, səfər təsdiqlənəndə hökumət bunu açıqlayacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini, Ermənistan hökumətinin Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.
Rubinyan Türkiyə və Ermənistan arasındakı təmaslara da toxunub:
“Mən təkcə Türkiyənin xüsusi nümayəndəsi (Atilla Kılıç) ilə deyil, həm də Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıram. Müxtəlif nazirlər səviyyəsində təmaslar var, dövlət başçıları arasında telefon danışıqları da mövcuddur”.
Xatırladaq ki, bundan əvvəl Ermənistan KİV-də Nikol Paşinyanın iyunun 20-də Türkiyəyə səfər edəcəyi barədə məlumat yayılmışdı.