AZ

Baş məşqçi ilə münasibəti pozuldu - Getməsi gündəmdədir

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenlə komandanın baş məşqçisi Hans-Diter Flik arasında münasibətlər heç də yaxşı deyil.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi almaniyalı qolkiperlə yolları ayırmağı və onu “Espanyol”un qapıçısı Xuan Qarsiya ilə əvəz etməyi planlaşdırır.

33 yaşlı Ter Ştegen komandadan ayrılmaq istəmir, ancaq Fliklə münasibətləri son dərəcə soyuqdur. Onun “Barselona”dakı gələcəyi hazırda qeyri-müəyyəndir.

Ter Ştegenin Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. Ona “Qalatasaray” maraq göstərsə də, yayılan iddialara görə, o, bu təklifi qəbul etməyib

Seçilən
3
sportinfo.az

1Mənbələr