AZ

Media: İran-İsrail münaqişəsi Ukraynaya silah tədarükünə təhlükə yaradır

Bakı, 17 iyun, AZƏRTAC

İran-İsrail münaqişəsi Qərbin, əsasən də ABŞ-ın Ukraynaya silah tədarükünə böyük təhlükə yaradır.

AZƏRTAC xəbər verir ki, “El Pais” qəzetinin yazdığına görə, İran və İsrail arasındakı münaqişə Ukraynaya silah tədarükündə pis nəticələrə səbəb ola bilər. Kiyev Yaxın Şərqdəki gərginlik fonunda Qərbdən, əsasən də İsrailin əsas müttəfiqi olan ABŞ-dan silah tədarükünün daha da məhdudlaşdırılması təhlükəsi ilə üzləşib.

Eyni zamanda, Yaxın Şərqdə gərginliyin artması neftin qiymətinin kəskin bahalaşmasına səbəb olub ki, bu da Rusiyaya daha çox gəlir gətirəcək. Bundan başqa, Moskva münaqişədə özünü vasitəçi kimi təqdim edərək beynəlxalq siyasi çəki qazanmağa çalışır.

Qeyd edək ki, bir müddət öncə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın İran-İsrail münaqişəsinin həllində vasitəçilik etməyə hazır olduğunu bildirib. O, həmçinin xatırladıb ki, Rusiya lideri ötən günlərdə İran Prezidenti Məsud Pezeşkian, İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ-ın dövlət başçısı Donald Trampla danışıqlar aparıb.

Seçilən
0
1
azertag.az

2Mənbələr