AZ

Sertifikatlaşdırmada asan sualların daxil edilməsində məqsəd nədir? - Direktordan CAVAB

Sertifikatlaşdırmada

“Sertifikatlaşdırmada asan sualların daxil edilməsində məqsəd ‘Bunu nə qədər müəllim bilir?’ sualına deyil, ‘Ölkədə nə qədər müəllim var ki, hələ bunu da bilmir?’ sualına cavab tapmaqdır”.

1news.az xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva müəllimlərin sertifikatlaşdırma prosesi ilə bağlı keçirilən brifinqdə səsləndirib.

“Peşəkar inkişaf olduqca vacibdir. Sertifikatlaşdırmadan sonra təlimlər təşkil olunacaq və həmin təlimlərdə hansı müəllimə nə öyrədilməsinin lazım olduğu dəqiq müəyyənləşdirilməlidir. Yəni istəsək də, istəməsək də, imtahan sualları asan, orta və çətin səviyyələrdə olmalıdır. Çünki imtahanın mahiyyəti bunu tələb edir”, – deyə o bildirib.

Seçilən
3
1news.az

1Mənbələr