AZ

Azərbaycanda qızıl və gümüş istehsalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-may aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 297,8 kiloqramı qızılın, 1 686,9 kiloqramı isə gümüşün payına düşüb.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 63,9%, gümüş istehsalı isə 23,8% artıb.

İyunun 1-nə olan vəziyyətə əsasən, ölkədə 119,4 kiloqram hazır qızıl, 583,6 kiloqram hazır gümüş ehtiyatı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
13
banco.az

1Mənbələr