AZ

Türkiyə, Azərbaycan və Gürcüstan parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək

Bu il Türkiyədə Türkiyə, Azərbaycan və Gürcüstan parlament sədrlərinin üçtərəfli görüşü keçiriləcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ankarada səfərdə olan gürcü həmkarı Şalva Papuaşvili ilə birgə mətbuat konfransında deyib.

O, 2023-cü ildə keçirilməsi planlaşdırılan, lakin Türkiyədə zəlzələ səbəbilə təxirə salınmış üçtərəfli görüşün bu il Türkiyənin ev sahibliyi ilə keçiriləcəyini qeyd edib.

Seçilən
7
4
apa.az

5Mənbələr