AZ

İxracatçıların sərgi və yarmarkalarda iştirakına dair dəstək tədbirinə müraciətlərin qəbuluna başlanılıb

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi “Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak” dəstək tədbiri üzrə ixracatçıların müraciətlərinin qəbulunu elan edib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, bu tədbirlərdə iştirakla bağlı ixracatçılara ödənilən dəstək məbləği bəzi istiqamətlər üzrə çəkilən xərclərin 50 faizini (10 min manatdan artıq olmamaqla) təşkil edir.

Dəstək tədbiri ilə Agentliyin rəsmi səhifəsindən (https://u.to/IptKIg) tanış olmaq olar.

Seçilən
12
vergiler.az

1Mənbələr