AZ

Valideynlər övladına müəllim seçərkən onun imtahan balına baxa biləcəkmi?- Rəsmi açıqlama

"Hazırda məktəblərdə xüsusən də ibtidai siniflərdə sertifikasiyaya cəlb olunmayan müəllimlər var".

Ölkə.Az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini, Nurlan İsmayılbəyli deyib.

O, "gələcəkdə valideynlərə övladına müəllim seçərkən onun sertifikasiya balına da baxılmasına şərait yaradıla bilərmi?" sualını belə cavablandırıb:

"Yaxın gələcəkdə bütün müəllimlər sertifikasiyadan keçdikdən sonra valideynlərin uşaqları üçün müəllim seçərkən sertifikasiya balına baxması məsələsi müzakirə edilə bilər".

Billurə

Seçilən
1
1
olke.az

2Mənbələr